«İnter» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 10 Avqust 2017 | 20:12362
«İnter» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının I turunun bütün təyinatları müəyyənləşib. “Qəbələ”nin “İnter”lə səfər matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bəlli olub. Avqustun 12-də keçiriləcək matçın baş hakimi funksiyası Ömər Paşayevə tapşırılıb. Ona Namiq Hüseynovla Mehman Mahmudov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Rauf Cabbarov olacaq. Ədalət təmsilçilərinin işinə Asim Xudiyev qiymət verəcək. Matçın AFFA nümayəndəsi Ramiz Mustafayev olacaq.
Xatırladaq ki, avqustun 12-də baş tutacaq “İnter” - “Qəbələ” matçı “İnter Arena”da keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

Topaz Premyer Liqası
I tur, 12 avqust (şənbə)
20:00. “İnter” - “Qəbələ”
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mehman Mahmudov
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“İnter Arena”