İslam Həmrəyliyi Oyunları gündəliyi – 16.05.2017
Xəbərlər / 16 May 2017 | 21:52535
İslam Həmrəyliyi Oyunları gündəliyi – 16.05.2017

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında beşinci günə yekun vurulub. Azərbaycan milli komandasının heyətində yer alan “Qəbələ” İdman Klubunun üzvləri də növbəti sınağına çıxıb. Bu gün yalnız boksçularımız qüvvəsini sınayıb. Klubumuzun rinqə çıxan hər iki boksçusu 1/4 final səddini adlayaraq yarımfinala yüksəlib və mükafatlardan birini təmin edib.
75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı türkiyəli İhsan Ərdoğanla qarşılaşıb. O, çətinlik çəkmədən qələbə qazanıb - 5:0. Təmsilçimiz sabah keçiriləcək yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.
81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov 1/4 finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş Rəhimovun qələbəsi ilə başa çatıb – 5:0. O, sabah keçiriləcək yarımfinal qarşılaşmasında Abdelrəhman Abdelqəvvədlə (Misir) üz-üzə gələcək.
Xatırladaq ki, digər iki boksçumuz - Cavid Çələbiyev (60 kq) və Tamerlan Abdullayev (69 kq) də 1/4 final səddini uğurla aşıb.