İslam Həmrəyliyi Oyunları gündəliyi – 22.05.2017
Xəbərlər / 22 May 2017 | 23:32339
İslam Həmrəyliyi Oyunları gündəliyi – 22.05.2017

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Yarışların sonuncu – 11-ci günü “Qəbələ” İdman Klubunun daha bir üzvü fəxri kürsüyə qalxıb. Uşu üzrə Azərbaycan millisində çıxış edən Pərviz Abdullayev 75 kq çəki dərəcəsində mübarizə aparıb. 1/8 finalda Türkmənistan idmançısı Rahmat Ovezberdıyev, 1/4 finalda türkiyəli İsmail Uzunerlə görüşən təmsilçimiz hər iki rəqibini 2:0 hesabı ilə məğlub edib. Yarımfinalda Yazdan Mirzayiyə eyni hesabla uduzan Abdullayev bürünc medalla kifayətlənib.

Xatırladaq ki, bunadək karateçi Rafael Ağayev (75 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Cavid Çələbiyev (60 kq) qızıl, cüdoçular Aişə Qurbanlı (48 kq), Kifayət Qasımova (57 kq), boksçular Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) gümüş, taekvondoçu Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb. 

Rüfət İsmayılovla Uşanqi Kokauri cüdo üzrə kişilərdən ibarət millinin heyətində qızıl, Kifayət Qasımova cüdo üzrə qadınlardan ibarət yığmanın tərkibində gümüş mükafata yiyələnib. Həmçinin üç futbolçumuz Rəşad Sadiqov, Tellur Mütəllimov və Elvin Camalovun yer aldığı Azərbaycan milli komandası yarışın qalibi olub.