Kamanandan xoş xəbər
Xəbərlər / 22 Fevral 2012 | 20:00297
Kamanandan xoş xəbər

Unibank Premyer Liqasının 21-ci turunda “Xəzər Lənkəran” qarşı matçda “Qəbələ”nin hücumçusu, komandamızın heyətində 2-ci oyununa çıxan Yannik Kamanan başından zədə almışdı. Qarşılaşmanın sonlarına yaxın baş verən bu hadisədən sonra fransalı forvard tibbi müayinədən keçirilib. Komandanın fizioterapevti Seçkin Pişkinin gabalafc.az-a verdiyi məlumata əsasən Kamananın zədəsi ciddi deyil və o, heyətə verilən üç günlük istirahətdən sonra komanda ilə birlikdə məşqlərə qatılacaq.