Karateçimiz Azərbaycan çempionu oldu
Karate / 27 Noyabr 2017 | 13:521126
Karateçimiz Azərbaycan çempionu oldu

Noyabrın 24-26-da Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 18-ci respublika birinciliyi, böyüklər arasında isə 25-ci respublika çempionatı keçirilib. Yarışda “Qəbələ” İdman Klubunun karateçiləri də qüvvəsini sınayıblar. Çempionat Rafiz Həsənov üçün uğurlu alınıb. 67 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın son günündə böyüklərin mübarizəsinə qoşulub. Öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn Rafiz Azərbaycan çempionu adını qazanıb.