Kavlakdan uğurlu debüt, “Qəbələ”dən əzmkar qələbə
Oyun icmalı / 19 Noyabr 2011 | 20:00926
Kavlakdan uğurlu debüt, “Qəbələ”dən əzmkar qələbə

"Qəbələ" 1:0 "Neftçi"

20 noyabr 2011. Saat 14:00. Qəbələ şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri:  Rza Məmmədov, Yaşar Abbasov
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Stiv Olfers, 14 (rəqibə qarşı kobud oyun); Pavels Doroşevs, 90 (bilərəkdən vaxtı uzatdığına görə); Saşa Yunisoğlu, 90+3 (hakimə etiraza görə); Nodar Məmmədov, 90+4 (hakimə etiraza görə) // Denis Silva, 39 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə)
Qol: Aleksandr Çertoqanov, 39
İstifadə olunmamış penalti: Fərid Quliyev, 90+3
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

Unibank Premyer Liqasının 13-cü turunda “Qəbələ” doğma meydançada “Neftçi”ni qəbul etdi. Komandamız bu qarşılaşmaya yeni baş məşqçi Fatih Kavlakın rəhbərliyi altında çıxmışdı. Heyətdə bəzi itkilər olsa da, matçın gedişi “Qəbələ”nin qarşılaşmaya daha yaxşı hazırlaşdığını, qələbəyə daha istəkli olduğunu göstərdi.
Görüş ilk dəqiqələrdən “Qəbələ”nin üstünlüyü ilə başladı. İlk təhlükəli vəziyyət 10-cu dəqiqədə Serje Cehuanın adına yazıldı. Afrikalı fərdi ustalığı sayəsində sağ cinahda 2 müdafiəçidən sıyrılaraq cərimə meydançasına girsə də, dar sahədən zərbəsi dəqiq olmadı. 18-ci dəqiqədə Viktor Mendi diqqət mərkəzinə düşdü.  Mendi müdafiəçidən ustalıqla sıyrılıb qapıçı ilə üzbəüz qalsa da, topa dəqiq zərbə vura bilmədi. Fatih Kavlakın yetirmələri 25-ci dəqiqədə növbəti dəfə Stamenkoviçə həyəcanlı an yaşatdı. Bu dəfə künc nöqtəsindən ötürülən topa bomboş vəziyyətdə Nodar Məmmədov başla dəqiq zərbə vura bilmədi. 40-cı dəqiqədə isə “Qəbələ” nəhayət ki istəyinə nail oldu. Mendiyə  qarşı kobudluqdan sonra təyin olunan cərimə zərbəsini Aleksandr Çertoqanov təxminən 25 metrdən dəqiq zərbə ilə tora göndərdi. 
Fasilədən dərhal sonra Deon Barton İqor Mitreskinin kobud səhvini dəyərləndirsəydi, hesab 2:0 olacaqdı. Bu epizodda yerə uğursuz düşərək əzələsi dartılan yamaykalı hücumçu oyunu davam etdirə bilmədi və yerini gənc Nuran Qurbanova verdi. Matçı yüksək səviyyədə keçirən Dodo isə qarşısıalınmaz olaraq qalırdı. Onun yaxın məsafədən növbəti cəhdi təhlükəli alındı. Matçın əsas vaxtı qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflərdən heç biri uğur qazana bilmədi. Qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə isə hakim Ramil Diniyev kobud səhvlə yadda qaldı. Referi 93-cü dəqiqədə “Neftçi”li Denis Silvanın cərimə meydançasına girər-girməz özünü yerə atmasını penalti kimi dəyərləndirdi. Lakin hakimin bu “canfəşanlığı” nəticə vermədi və komandamızın qapıçısı Pavel Doreşev  Fərid Quliyevin yerinə yetirdiyi penaltini ustalıqla zərərsizləşdirdi. Bununla da, “Qəbələ” Fatih Kavlakın baş məşqçi kimi debüt matçında əzmkar oyunu nəticəsində “Neftçi”ni Bakıya əliboş yola saldı və altılıqdakı yerini qorudu.
“Qəbələ”

12. Pavel Doroşev
3. Vurğun Hüseynov
8. Bruno da Silva
9. Viktor Mendi
10. Deon Barton
(25. Nuran Qurbanov, dəq.51)
11. Serge Djiehoua
(7. Yaşar Abuzərov, dəq.86)
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
33. Saşa Yunisoğlu (k)
77. Luiz Hilario

Ehtiyat oyunçular:

30. Qrem Smit
6. Lyuba Baranin
17. Arif İsayev
22. Murad Hüseynov
34. Ürfan Abbasov

Baş məşqçi: Fatih Kavlak
“Neftçi”
30. Saşa Stamenkoviç
2. Rail Məlikov (k)
3. Denis Silva
5. İqor Mitreski
6. Slavço Georgiyevski
9. Flavio Aleks Valensio
11. Cavid Hüseynov
(10. Lokonda Mpenza, dəq.77)
14. Bahodir Nasimov
15. Ruslan Abışov
16. Alessandro Viana da Silva
25. Cavid İmamverdiyev
(22. Fərid Quliyev, dəq.67)

Ehtiyat oyunçular:
1. Rauf Mehdiyev
4. Tərlan Quliyev
18. Ruslan Əmircanov
28. Emin Mehdiyev
32. Elvin Yunuszadə

Baş məşqçi: Böyükağa Hacıyev