“Kəpəz” matçının hazırlıqları davam edir
Xəbərlər / 5 Fevral 2012 | 20:00361
“Kəpəz” matçının hazırlıqları davam edir

Antalya toplanışından sonra iki günlük istirahətə buraxılan “Qəbələ” bu gündən doğma məkanda Unibank Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək “Kəpəz” matçının hazırlıqlarını davam etdirəcək. Qəbələdə təbii ot örtüklü meydançaların qar altında qalması səbəbindən məşqlər süni örtüklü meydançalarda baş tutacaq. Toplanışda müalicələri davam edən Vurğun Hüseynov və Rövşən Əmiraslanov iştirak etməyəcək. Oğlu dünyaya gələn və bu münasibətlə İngiltərədə olan Deon Bartonun isə sabahdan məşqlərə qatılması gözlənilir.