«Kəpəz»-«Qəbələ»: 16-cı duelə doğru
Xəbərlər / 15 Aprel 2017 | 21:57380
«Kəpəz»-«Qəbələ»: 16-cı duelə doğru

Sabah Topaz Premyer Liqasında XXVI tura yekun vurulacaq. “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşacaq. Aprelin 16-da baş tutacaq görüş komandaların mövsümdə son dueli olacaq. Mövsümün ilk yarısındakı hər iki oyunu evdə keçirən Roman Qriqorçukun yetirmələri əvvəl 2:0, sonra 2:1 hesabı ilə qalib gəlib. III dövrənin Gəncədəki matçında isə qalib müəyyənləşməyib – 1:1.

Ümumilikdə isə rəqiblər indiyədək 15 dəfə üz-üzə gəlib. Bu matçların hamısı çempionat çərçivəsində baş tutub. 16-cı duelədək “qırmızı-qaralar” 6 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlub olub. 27 qolun vurulduğu oyunlarda “Qəbələ” 15, “Kəpəz” 12 dəfə fərqlənib.

İndiyədək 7 dəfə gəncəlilərin qonağı olan komandamız 1 qələbə əldə edib, 3 heç-heçə ilə kifayətlənib və 3 dəfə uduzub. Səfər oyunlarındakı top fərqi 4:8-dir. 

“Qəbələ”nin rəqib qapısından keçirdiyi 15 qola fərqli futbolçular imza atıb. 14 oyunçumuz “Kəpəz”i məyus edibsə, 1 dəfə də - son matçda gəncəlilər avtoqola üzülüb. Bu topu Renan Silva öz qapısından keçirib. 

 

2010/11 mövsümü

31.10.2010. Gəncə - Qəbələ - 0:0

27.02.2011. Qəbələ - Gəncə - 0:0

02.04.2011. Qəbələ - Gəncə - 1:1

Murad Hüseynov, 26 - Junivan Suares, 56

12.05.2011. Gəncə - Qəbələ - 0:0

2011/12 mövsümü

16.10.2011. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Deon Barton, 41, Dodo, 53

07.03.2012. Kəpəz (Gəncə) - Qəbələ - 3:2

Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 - Lyuba Baranin, 32, Yannik Kamanan, 85

2012/13 mövsümü

15.09.2012. Kəpəz (Gəncə) - Qəbələ - 1:0

Bəxtiyar Soltanov, 41

19.11.2012. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 

2015/16 mövsümü

23.08.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:0

Ermin Zets, 6

01.11.2015. Qəbələ - Kəpəz (Gəncə) - 1:2

Fakundo Pereyra, 69 -  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4

30.01.2016. Kəpəz (Gəncə) - Qəbələ - 3:0

Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57

20.05.2016. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Aleksey Qay, 76

2016/17 mövsümü

08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 

17.12.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:1

Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) - Tural Axundov, 77 (p.)

28.02.2017. Kəpəz (Gəncə) – Qəbələ - 1:1

Şəhriyar Rəhimov, 36 - Renan Silva, 54 (ö.q)