«Kəpəz»-«Qəbələ»: 17-ci duel
Xəbərlər / 28 Sentyabr 2017 | 00:14330
«Kəpəz»-«Qəbələ»: 17-ci duel

Bu həftə Topaz Premyer Liqasında I dövrəyə yekun vurulacaq. Dövrənin sonuncu – VII turunda “Qəbələ” “Kəpəz”lə görüşəcək. Sentyabrın 29-da baş tutacaq qarşılaşma rəqiblərin 17-ci dueli olacaq. İndiyədək yalnız Azərbaycan çempionatında görüşən komandalar 16 dəfə üz-üzə gəlib. “Qəbələ”nin “Kəpəz”lə ilk oyunu 2011-ci ilə təsadüf edib. Komandalar 2011/12 mövsümündə 4 dəfə heç-heçə oynadıqdan sonra növbəti 2 çempionatın hərəsində iki duelə çıxıblar. 2 il yarımlıq fasilədən sonra 2015-ci ildə qarşılaşan “Qəbələ” və “Kəpəz” son iki çempionatın hərəsində 4 dəfə münasibətlərini ayırd edib. 

Baş tutan 16 matçda “qırmızı-qaralar” üstünlüyə malikdir. Komandamız 6 qələbə qazanıb, 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. “Qəbələ” top fərqində də minimal üstünlüyə malikdir – 15:14. Hər iki komanda öz meydanındakı görüşlərdə daha yaxşı nəticələr qazanıb. “Qəbələ” evdə 5 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 məğlubiyyət yaşayıb. Bu görüşlərdə 11 qola sevinən komandamız 4 top buraxıb. Səfərdə 1 qələbəsi olan “qırmızı-qaralar” 3 dəfə 1 xal qazanıbsa, 4 dəfə yenilgiylə barışıb. Rəqib meydanında 4 qolu olan futbolçularımız 10 top buraxıb.

 

2010/11 mövsümü

31.10.2010. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

 

27.02.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 0:0

 

02.04.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 1:1

Murad Hüseynov, 26 // Junivan Suares, 56

 

12.05.2011. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

 

2011/12 mövsümü

16.10.2011. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Deon Barton, 41, Dodo, 53

 

07.03.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:2

Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 // Lyuba Baranin, 32, Yannik Kamanan, 85

 

2012/13 mövsümü

15.09.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:0

Bəxtiyar Soltanov, 41

 

19.11.2012. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 

 

2015/16 mövsümü

23.08.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:0

Ermin Zets, 6

 

01.11.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:2

Fakundo Pereyra, 69 //  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4

 

30.01.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:0

Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57

 

20.05.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Aleksey Qay, 76

 

2016/17 mövsümü

08.08.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 

 

17.12.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:1

Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) // Tural Axundov, 77 (p.)

 

28.02.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:1

Şəhriyar Rəhimov, 36 // Renan Silva, 54 (ö.q) 

 

16.04.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 2:0

Julien Ebah, 70; Dario Federiko, 90+3