«Kəpəz»-«Qəbələ»: 6-cı duelə doğru
Xəbərlər / 6 Mart 2012 | 07:49373
«Kəpəz»-«Qəbələ»: 6-cı duelə doğru

Martın 7-də "Qəbələ"“Kəpəz”in qonağı olacaq. Premyer Liqanın XIX turundan təxirə salınmış bu oyun komandalar arasında 6-cı duel olacaq. İndiyədək 5 dəfə üz-üzə gələn komandalar yalnız Premyer Liqa oyunlarında münasibətlərini ayırd ediblər. “Qəbələ”nin “Kəpəz”lə ilk oyunu ötən mövsümə təsadüf edib. Həmin vaxt “Gəncə” adlanan komanda 2 dəfə təsnifat, 2 dəfə final mərhələsində “Qəbələ”yə rəqib olub. Maraqlıdır ki, 4 matçın heç birində qalib müəyyənləşməyib Həm də bərabərliklərin 3-də qapılara qol da vurulmayıb. Komandaların oyunlarındakı tarazlıq yalnız cari mövsümdə pozulub. Ardıcıl 4 heç-heçəsən sonra “Qəbələ” öz meydanında ilk qələbəsini qazanıb. Cari mövsümdən tarixi adına qovuşan “Kəpəz” isə indiyədək “Qəbələ” üzərində qələbə qazanmayıb. Baş tutan 5 oyunda cəmi 1 qol vuran gəncəlilər buna da səfərdə nail olub. 3-cü dəfə öz meydanında “Qəbələ”ni qəbul edəcək “Kəpəz” öz meydanında qola da həsrətdir.

Qeyd edək ki, “Qəbələ” 1 qələbə qazanıb, 4 heç-heçə etdiyi qarşılaşmalarda 3 qol vurub, 1-ni buraxıb.

2010/11  31.10.2010  Premyer Liqa  Gəncə - Qəbələ  0:0

2010/11  27.02.2011  Premyer Liqa  Qəbələ - Gəncə  0:0

2010/11  02.04.2011  Premyer Liqa  Qəbələ - Gəncə  1:1

2010/11  12.05.2011  Premyer Liqa  Gəncə - Qəbələ  0:0

2011/12  16.10.2011  Premyer Liqa  Qəbələ - Kəpəz (Gəncə) 2:0