«Kəpəz»-«Qəbələ»: 6-cı duelə doğru
Xəbərlər / 6 Fevral 2012 | 20:00470
«Kəpəz»-«Qəbələ»: 6-cı duelə doğru

Fevralın 11-də “Kəpəz”in qonağı olacaq “Qəbələ” 2012-ci ildə ilk rəsmi matçına çıxacaq. Premyer Liqanın XIX turunun bu oyunu komandalar arasında 6-cı duel olacaq. İndiyədək 5 dəfə üz-üzə gələn komandalar yalnız Premyer Liqa oyunlarında münasibətlərini ayırd ediblər. “Qəbələ”nin “Kəpəz”lə ilk oyunu ötən mövsümə təsadüf edib. Həmin vaxt “Gəncə” adlanan komanda 2 dəfə təsnifat, 2 dəfə final mərhələsində “Qəbələ”yə rəqib olub. Maraqlıdır ki, 4 matçın heç birində qalib müəyyənləşməyib Həm də bərabərliklərin 3-də qapılara qol da vurulmayıb. Komandaların oyunlarındakı tarazlıq yalnız cari mövsümdə pozulub. Ardıcıl 4 heç-heçəsən sonra “Qəbələ” öz meydanında ilk qələbəsini qazanıb. Cari mövsümdən tarixi adına qovuşan “Kəpəz” isə indiyədək “Qəbələ” üzərində qələbə qazanmayıb. Baş tutan 5 oyunda cəmi 1 qol vuran gəncəlilər buna da səfərdə nail olub. 3-cü dəfə öz meydanında “Qəbələ”ni qəbul edəcək “Kəpəz” öz meydanında qola da həsrətdir.

Qeyd edək ki, “Qəbələ” 1 qələbə qazanıb, 4 heç-heçə etdiyi qarşılaşmalarda 3 qol vurub, 1-ni buraxıb.

2010/11

31.10.2010

Premyer Liqa

Gəncə - Qəbələ

0:0

2010/11

27.02.2011

Premyer Liqa

Qəbələ - Gəncə

0:0

2010/11

02.04.2011

Premyer Liqa

Qəbələ - Gəncə

1:1

2010/11

12.05.2011

Premyer Liqa

Gəncə - Qəbələ

0:0

2011/12

16.10.2011

Premyer Liqa

Qəbələ - Kəpəz (Gəncə)

2:0