«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 13 Aprel 2017 | 20:2462
«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XXVI turunun təyinatları açıqlanıb. İki gün davam edəcək turun görüşlərinin hakimləri, hakim-inspektorları və AFFA nümayəndələri bəlli olub. “Kəpəz” ilə “Qəbələ” arasındakı matçın təyinatları da müəyyənləşib. Gəncə şəhər stadionundakı oyunu Ömər Paşayev idarə edəcək. Ona Nahid Əliyev və Vaqif Musayev kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Arif Fərəcov, hakim-inspektoru isə Rövşən Əhmədov olacaq.

XXVI tur
16 aprel (bazar)
16:00. “Kəpəz” – “Qəbələ”
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu