«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 Noyabr 2017 | 16:07298
«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XIII turunun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Kəpəz”lə səfər oyununu Ömər Paşayev idarə edəcək. Noyabrın 25-də keçiriləcək qarşılaşmada FİFA referisinin köməkçiləri Namiq Hüseynov və Vüsal Qənbərov olacaq. Ziya Nəsirov isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Rövşən Əhmədov hakim-inspektor, Vaqif Davudov AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, noyabrın 25-də baş tutacaq görüş Gəncə şəhər stadionunda keçiriləcək. Matç saat 14:30-da başlayacaq.

 

Topaz Premyer Liqası

XIII tur

25 noyabr (şənbə)

14:30. “Kəpəz” – “Qəbələ”

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Qənbərov

Dördüncü hakim: Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə. Şəhər stadionu