Kokauridən gümüş medal
Cüdo / 4 İyun 2017 | 22:54703
Kokauridən gümüş medal

Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandasının və “Qəbələ”nin cüdoçusu Uşanqi Kokauri tatami üzərinə çıxıb. +100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk qarşılaşmada italiyalı Klaudio Pepoli, ardınca ukraynalı Sergey Zverevə qalib gəlib. Yarımfinalda polşalı Matsey Satnaçkini mübarizədən kənarlaşdıran Kokauri həlledici görüşə vəsiqə qazanıb. Finalda rumıniyalı Daniel Mateaya uduzan Kokauri gümüş medala yiyələnib.