Kubokda ilk dəfə «Qarabağ»a qarşı
Xəbərlər / 13 Mart 2012 | 11:3983
Kubokda ilk dəfə «Qarabağ»a qarşı

2012-ci ildə ilk kubok matçına çıxacaq “Qəbələ” martın 14-də “Qarabağ”ka qarşılaşacaq. 1/4 final mərhələsinin ilk oyunu komandalar arasında ilk kubok qarşılaşması olacaq. Lakin tarixləri ərzində artıq 14 dəfə üz-üzə gələn rəqiblər Azərbaycan çempionatlarında münasibətlərini dəfələrlə ayırd ediblər.

Əvvəlki 14 matçda ümumi üstünlük “Qarabağ”ın tərəfində olsa da son oyunlarda üstün olan “Qəbələ”dir. Belə ki, cari mövsüm rəqibinə uduzmayan futbolçularımız heç qol da buraxmayıblar. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən “Qəbələ” öz meydanında qolsuz heç-heçə ilə kifayətlənib.

Rəqiblərin Qəbələdiki 8-ci duelinə meydan sahibləri daha yaxşı əhval-ruhiyyə ilə çıxacaq. Çünki “Qarabağ” son 4 səfər matçında qələbəyə həsrətdir. Meydan sahibləri evdəki 1271 günlük məğlubiyyətsizliyi 2 qələbə və 2 heç-heçədən ibarətdir. 

“Qəbələ” ilə “Qarabağ” arasındakı oyunları 2 mərhələyə bölmək olar. 2006-08-ci illərdə “Qarabağ” güclülər dəstəsi təcrübəsi olmayan “Qəbələ”ni bütün oyunlarda məğlub edib – 5 qələbə. Lakin ardıcıl 5 məğlubiyyətdən sonra toparlanan “Qəbələ” 2009-cu ildən sonra cəmi 1 dəfə rəqibinə uduzub. Son 9 qarşılaşmada 3 qələbə, 5 heç-heçəsi olan “Qəbələ” yalnız 1 dəfə məğlubiyyət acısı dadıb.

Qeyd edək ki, indiyəqədərki 14 matçda üstünlük “Qarabağ”ın tərəfindədir. “Qəbələ” 3 qələbə qazanıbsa ağdamlılr 6 dəfə sevinən tərəf olub. 5 dəfə « «sülh lə ayrılan tərəflərin qarşılaşmalarında top fərqi ağdamlıların xeyrinədir - 18:13.

2006/07

20.08.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Qarabağ (Ağdam)

0:2

2006/07

22.02.2007

Premyer Liqa

Qarabağ (Ağdam) - Gilan (Qəbələ)

3:2

2007/08

06.10.2007

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:2

2007/08

13.04.2008

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

2:1

2008/09

20.09.2008

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:2

2008/09

15.03.2009

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:0

2009/10

23.09.2009

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:0

2009/10

06.12.2009

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:1

2009/10

21.03.2010

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

3:1

2009/10

24.04.2010

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

1:1

2010/11

25.09.2010

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

2:1

2010/11

13.02.2011

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

3:0

2011/12

27.08.2011

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:1

2011/12

21.12.2011

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

0:0