Lorival Assislə 3 illik müqavilə imzalandı
Xəbərlər / 1 Avqust 2012 | 10:19321
Lorival Assislə 3 illik müqavilə imzalandı

“Qəbələ” daha bir futbolçu ilə sıralarını gücləndirib. Bolqarıstanın “Çernomorets” klubunda top qovan braziliyalı yarımmüdafiəçi Lorival Rodriges Assis ilə 3 illik müqavilə imzalanıb. 

Peşəkar karyerasına Braziliyada “İrati” klubunda start verən Assis daha sonra ölkəsində  “Gremio Barueri”, “Sertaozinyo”, “Sao Seatano”, “CRB”, “Avai”, “Amerika”, “Botofoqo” kimi komandalarda top qovub. Yarımmüdafiəçi Bolqarıstana keçidinə qədər 2009-cu ildə İsveçin “Kalmar” klubunda legioner həyatı yaşayıb. Assis ötən mövsümü keçirdiyi Burqas təmsilçisində 25 oyunda 10 qol vurub.

Dosye

Lorival Rodriges Assis Filyo
Amplua: Yarımmüdafiəçi
Doğulduğu tarix: 03.02.1984
Doğulduğu yer: Braziliya
Boyu: 1,79 m
Çəkisi: 76 kq