Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 25 Oktyabr 2016 | 22:45435
Media nümayəndələrinin nəzərinə!

Noyabrın 3-də 2016-2017 mövsümü UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununda “Qəbələ” Fransanın “Sent-Etyen” klubunu qəbul edəcək. “Qəbələ” İdman Klubu Bakıda baş tutacaq “Qəbələ” - “Sent-Etyen” matçına Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və fotoqraflar üçün akkreditasiya elan edir. Oyunda iştirak etmək istəyənlər təmsil etdikləri KİV-in adını, öz adını, soyadını, fotosunu, həmçinin Peşəkar Futbol Liqasının akkreditasiya vərəqəsini [email protected] elektron ünvanına göndərə bilərlər. Sadalananlardan hər hansı biri göndərilmədiyi halda akkreditasiya vəsiqəsi verilməyəcək. Hər media orqanına 1 press və 1 foto akkreditasiya vəsiqəsi (televiziyalara müxbir və operatorun hər birinə 1 press akkreditasiya) veriləcək. Müraciətlər 29 oktyabr saat 18:00-dək qəbul olunacaq. Vəsiqələr oyundan bir gün öncə - noyabrın 2-si saat 17:00-dən 20:00-dək təqdim ediləcək.