Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 10 İyul 2017 | 22:51211
Media nümayəndələrinin nəzərinə!

İyulun 13-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Polşanın “Yagelloniya” komandasını qəbul edəcək.
“Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Yagelloniya” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 12-də saat 19:15-də arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 20:30-da isə “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi də “Bakcell Arena”da baş tutacaq. “Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 21:00-da məşqə çıxacaq.