Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 24 İyul 2017 | 14:09349
Media nümayəndələrinin nəzərinə!

2015-ci ildə “Qəbələ” İdman Klubu ilə “SARAR ” şirkəti arasında imzalanan iki illik geyim sponsorluğu müqaviləsi ötən müddət ərzində hər iki tərəf üçün uğurlu olduğu üçün anlaşmanın daha iki il müddətinə uzadılması qərarlaşdırılmışdır.

Xatıladaq ki, əldə olunan razılaşdırmaya əsasən “Sarar” növbəti iki mövsüm ərzində “Qəbələ”nin futbolçu və texniki heyetinin yay və qış geyimləri ilə təmin edəcək. Əvəzində isə “Qəbələnin” ev oyunlarında “Sarar”ın reklam bannerləri yerləşdiriləcək.

 

“Sarar” şirkətinin Azərbaycan nümayəndəsi Məsut Dəmirtaş yeni müqavilə ilə bağlı bu fikriləri səsləndirdi : “Qəbələ” İK iki mövsümdür Avropada layiqli mübarizə aparır. Bu müddət ərzində özümüzü artıq bu uğurun bir parçası hesab edirik ki, bu da “Sarar” olaraq bizi son dərəcə məmnun edir. Ona görə də, əməkdaşlığımızın müddətini daha iki il artırmağa qərar verdik. İnanıram ki, klubla olan münasibətimiz daha uzun müddəti əhatə edəcək”.

 

“Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən: “İki qurum arasında sponsorluq razılığının əldə edilməsi hər zaman çox çətin və əmək tələb edən prosesdir. Ancaq bir sponsorluq əməkdaşlığını mövbəti mərhələyə keçirərək artırmaq daha çətindir. “Sarar” kimi qlobal bir brend ilə əməkdaşlığımızda bunu bacardığımız üçün çox sevincliyik.” - dedi.

 

Xartırladaq ki, 1944-cü ildə fəaliyyətə başlayan "Sarar" şirkəti keyfiyyətli, dəbə və müxtəlif zövqlərə uyğun məhsulları ilə hazırda 5 qitədə və 51 ölkədə müştərilərinə xidmət göstərən qlobal brenddir. Təcrübəli və istedadlı dizaynerlərin işləri ilə kişi və qadın moda dünyasının istiqamətini müəyyənləşdirən və dəbə yön verən "Sarar" artıq bir çoxlarının əvəzolunmaz geyim markasına çevrilib.

 
İdmana xüsusi diqqət ayıran "Sarar" hal hazırda Tükiyənin futbol və basketbol milli komandalarının (1996-cı ildən), "Beşiktaş" və "Trabzonspor"un sponsorudur. Bundan başqa 1997-2013 cü illər arasında "Qalatasaray" və "Bursaspor" komandaları "Sarar"la əməkdaşlıq edib.