Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 28 İyul 2017 | 03:21461
Media nümayəndələrinin nəzərinə!

Avqustun 3-də 2017-2018 mövsümü UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Yunanıstanın "Panatinaikos" klubunu qəbul edəcək.

“Qəbələ” İdman Klubu Bakıda – “Bakcell Arena”da baş tutacaq “Qəbələ”-"Panatinaikos" matçına Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və fotoqraflar üçün akkreditasiya elan edir. Oyunda iştirak etmək istəyənlər təmsil etdikləri KİV-in adını, öz adını, soyadını, fotosunu, həmçinin Peşəkar Futbol Liqasının ötən mövsüm üçün akkreditasiya vərəqəsini [email protected] elektron ünvanına göndərə bilərlər. Sadalananlardan hər hansı biri göndərilmədiyi halda akkreditasiya vəsiqəsi verilməyəcək. Hər media orqanına 1 press və 1 foto akkreditasiya vəsiqəsi (televiziyalara müxbir və operatorun hər birinə 1 press akkreditasiya) veriləcək.
Müraciətlər 30 iyul saat 20:00-dək qəbul olunacaq. Vəsiqələr oyundan bir gün öncə - avqustun 2-si saat 17:00-dən 20:00-dək “Bakcell Arena”da təqdim ediləcək.