Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 31 İyul 2017 | 22:03341
Media nümayəndələrinin nəzərinə!

Avqustun 3-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Yunanıstanın “Panatinaikos” komandasını qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Panatinaikos” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – avqustun 2-də saat 19:30-da arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Panatinaikos”un baş məşqçisi Marinos Ozinidis çıxacaq. Saat 20:15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də “Bakcell Arena”da baş tutacaq. Qonaqlar saat 20:00-da, “qırmızı-qaralar” saat 21:00-da məşqə çıxacaq.