Media nümayəndələrinin nəzərinə!
Xəbərlər / 11 Aprel 2018 | 20:39118
Media nümayəndələrinin nəzərinə!

Dəyərli media mənsubları, "Qəbələ" İdman Klubunun idmançısı, əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Bakıda keçirilən IV İslam Oyunlarının uşu sanda üzrə bürünc mükafatçısı, Kobra ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq. Aprel ayının 20-i Moskvada keçiriləcək mötəbər "ACB KB 15" turnirində Pərviz 77 kq çəki dərəcəsində dünya kəməri ugrunda mübarizə aparacaq. Döyüşçümüzün rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olacaq. 

Sözügedən vacib qarşılaşma ilə bağlı mətbuat konfransı aprelin 13-ü saat 11:30-da Boks Federasiyasının Mətbuat Zalında keçiriləcək (AMAY ticarət mərkəzinin yaxınlığı). Hamınız dəvətlisiniz.