Mehman Sadıqovdan növbəti medal
Cüdo / 20 May 2013 | 07:53719
Mehman Sadıqovdan növbəti medal

Ukraynanın paytaxtı Kiyev şəhərində gənclər arasında Avropa Kubokuna yekun vurulub. Turnirdə Azərbaycanı və "Qəbələ" İdman Klubunu təmsil edən Mehman Sadıqov bürünc medala sahib olub. Aprel ayında Yunanıstanda keçirilən Gənclərin Avropa Kubokunda 55 kq çəki dərəcəsində qızıl medal qazanan cüdoçumuz Kiyevdə 60 kq-da qüvvəsini sınayıb və ilkin imtahandan üzüağ çıxıb. 
Xatırladaq ki, Azərbaycan yığma komandasının heyətində Kiyevə yollanan 20 idmançıdan 5-i "Qəbələ" İdman Klubunun üzvü olub - Mehman Sadıqov, Cəlil Cəlilov, Vasif Şərbətli, Mərdan Qədirli, Dilavər Şirvanlı. Millimiz Ukraynadan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla dönüb. 60 kq çəkidə mübarizə aparan Rəşad Rufullayev bütün rəqiblərindən güclü olub. Davud Məmmədov 55 kq-da gümüs medal qazanıb.