Mehman Sadıxovdan növbəti medal
Cüdo / 23 Oktyabr 2014 | 07:40950
Mehman Sadıxovdan növbəti medal

Azərbaycan cüdo məktəbinin və "Qəbələ" İdman Klubunun ən perspektivli cüdoçularından sayılan Mehman Sadıxov növbəti beynəlxalq uğura imza atıb. Amerika Birləşmiş Ştatlarında keçirilən Gənclərin Dünya Birinciliyində 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız keçirdiyi 6 görüşün yalnız 1-ində məğlub olaraq turnirin bürünc medalına sahib olub. Sadıxov bürünc medal uğrunda görüşdə Yaponiya cüdoçusuna qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Xatırladaq ki, bu çəki dərəcəsində 44 cüdoçu medallar uğrunda mübarizə aparırdı.