Mendi sıraya döndü
Xəbərlər / 9 Mart 2012 | 13:5691
Mendi sıraya döndü

 

Unibank Premyer Liqasının 23-cü turunda – final mərhələsinin ilk matçında “Qəbələ” doğma meydançada hazırda turnir cədvəlinə rəhbərlik edən “Neftçi”ni qəbul edəcək. Qarşılaşmada qələbə hədəfləyən Fatih Kavlakın yetirmələri gündəlik iki məşqlə hazırlıqlarını davam etdirir. Bu arada “Rəvan”la oyunda çiynindən zədələnən Viktor Mendi zədəsini sağaldaraq məşqlərə qatılıb. Onun “Neftçi” ilə görüşdə meydana çıxması gözlənilir. “Kəpəz”lə qarşılaşmada zədələnən Tərzin Cahangirov isə paytaxt təmsilçisinə qarşı forma geyinə bilməyəcək. Zədəsini bərpa edən Vurğun Hüseynov və Rövşən Əmiraslanovun isə bu həftə oyun formalarını  bərpa etmək məqsədilə əvəzedicilərin heyətində - “Kəpəz” – “Qəbələ” matçında mübarizə aparması gözlənilir.