Mətbuat konfransı və oyunöncəsi məşqin vaxtı müəyyənləşdi
Xəbərlər / 25 İyul 2017 | 22:04425
Mətbuat konfransı və oyunöncəsi məşqin vaxtı müəyyənləşdi

İyulun 27-də UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatinaikos” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək. Qarşılaşmadan bir gün əvvəl - iyulun 26-da Bakı vaxtı ilə 21:00-da ukraynalı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

Xatırladaq ki, “Panatinaikos” və “Qəbələ” arasında ilk oyun  iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.