Milad Beiqi Harçeqani 2017-ci ilin ən yaxşı idmançıları arasında
Taekvondo / 25 Dekabr 2017 | 20:15158
Milad Beiqi Harçeqani 2017-ci ilin ən yaxşı idmançıları arasında

Azərbaycan Gənclər və İdman Nazirliyi 2017-ci ilə yekun vurub. Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında təşkil edilən təntənəli mərasimdə başa çatmaqda olan ilin ən yaxşılarının adları məlum olub. Tədbirdə ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası, həmçinin digər nominasiyalar üzrə qaliblər mükafatlandırılıblar.

“Qəbələ” İdman Klubu da fərqlənənlər sırasında təmsil olunub. Taekvondoçumuz Milad Beiqi Harçeqani 2017-ci ilin ən yaxşı idmançılarından biri seçilib. Dünya çempionatı, Dünya Yay Universiadası, İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanan taekvondoçu mükafatlandırılan 12 idmançıdan biri olub.