Mövsümün ilk heç-heçəsi
Oyun icmalı / 21 Sentyabr 2014 | 16:34833
Mövsümün ilk heç-heçəsi

“Qəbələ” 0-0 “Neftçi”
21 sentyabr 2014. Saat 18:00. Qəbələ şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Rahil Ramazanov
Dördüncü hakim: Teymur Fərhadov 
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Adrian Ropotan, 13 (Sistematik qayda pozuntusuna görə); Ruslan Əmircanov, 28 (Qeyri idman hərəkəti), Pavol Farkaş, 90+3 (Qeyri idman hərəkəti) // Mirhüseyn Seyidov, 37 (Qeyri idman hərəkəti); Məqsəd İsayev, 39 (Qeyri idman hərəkəti); Kaue da Silva, 79 (Qeyri idman hərəkəti), Erik Ramos, 88 (Qeyri idman hərəkəti)  
Artırılan vaxt: I hissədə - dəq.; II  hissədə 4  dəq.

 “Qəbələ” Topaz Premyer Liqasının VI turunun “Neftçi” ilə qarşılaşmasını yenidən doğma azarkeşləri önündə keçirib. Son ev matçında AZAL-a uduzan Dorinel Muntyanunun yetirmələri Zaqatalada “Simurq”u məğlub etdikdən sonra doğma stadiona da 3 xal üçün çıxıb. Rumıniyalı mütəxəssis ötən turun görüşü ilə müqayisədə start heyətində 3 dəyişiklik edib. Bunlardan ikisi məcburi atılan addım olub. Zədəli Dodonun əvəzində ön xəttdə Ekiqo Ehiosun qərarlaşıb. Arxa xəttdə isə Ruslan Tağızadə və Aleksandru Benqanı Pavol Farkaşla Ürfan Abbasov əvəzləyib. Benqa cəza üzündən heyətdə yer almayıbsa, Tağızadə ehtiyatda qalıb.
Görüşün ilk yarısına “Neftçi” fəal başlasa da, “qırmızı-qaralar” tezliklə oyunda tarazlıq yaradıb. Qarşılıqlı hücumlar şəraitində keçən 45 dəqiqə qapılar önündə ciddi təhlükə yaratmayıb. “Qəbələ” yalnız iki epizodda rəqib qapıçıya ciddi həyəcan yaşadıb. Ruslan Abışovun aşırma zərbəsində dəqiqlik çatmayıb. Az sonra isə Cərimə meydanının önündə ötürmə alan Cavid Hüseynov irəliləmədən qapını nişan alsa da, hədəfə düşməyib. Bakılıların qol vurmaq arzusunu isə Vobay gerçəkləşdirə bilərdi. Lakin Kamran Ağayev qonaqların sevinməsinə imkan verməyib.
“Qəbələ” ikinci hissəyə daha fəal başlayıb. Elə bunun nəticəsidir ki, fasilədən sonra “qırmızı-qaralar” daha üstün oyun nümayiş etdirib. Komanda bir neçə dəfə hesabı aça bilərdi. Əvvəl Ruslan Abışovun sol cinahdan qaldırdığı topu Markinyos başla qapasa da, qonaqların qapıçısı hesabın açılmasına imkan verməyib. Hissənin ortalarında Ruslan Əmircanov və Ruslan Abışovun cərimə meydanından kənardan vurduğu zərbələr də “Neftçi”nin qapısı önündə gərginlik yaradıb. 68-ci dəqiqədə qonaqlar da qola yaxın olsa da, Flavinyonun zərbəsi qapı tirinə tuş gəlib. Sonadək qarşılıqlı hücumlarla davam edən matçın uzatma dəqiqələrində Abışovun növbəti uzaq zərbəsi yaddaqalan olub. 
Beləliklə, mövsümdə ilk heç-heçəsini edən “Qəbələ” hesabındakı xalların sayını 10-a çatdırıb.

“Qəbələ”

1. Kamran Ağayev (k)
7. Ruslan Əmircanov
8. Markus Vidal
(4. Elvin Camalov, 53)
9. Viktor Mendi
(21. Yazalde de Pinto, 84)
14. Cavid Hüseynov
15. Ruslan Abışov 
25. Adrian Ropotan
26. Pavol Farkaş
34. Urfan Abbasov
44. Rafael Santos
90. Ekiqo Ehiosun
(11. Andrei Kristea, 89)

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
13. Murad Musayev
16. Ruslan Tağızadə 
88. Müşfiq Teymurov

Baş məşqçi: Dorinel Munteanu

“Neftçi”

1. Emil Balayev
2. Karlos Kardozo
5. Elvin Yunuszadə
7. Araz Abdullayev
9. Flavio Valensio (k)
10. Julius Vobay
(21. Samir Məsimov, 74)
11. Nikolas Kanales
14. Elnur Allahverdiyev
(16. Bruno Bertucci, 57)
18. Kaue da Silva 
19. Mirhüseyn Seyidov
(15. Erik Ramos, 77)
27. Məqsəd İsayev 

Ehtiyat oyunçular:
12. Pavels Doroşevs
3. Denis Silva
23. Ruslan Qurbanov
28. Emin Mehdiyev

Baş məşqçi: Arif Əsədov