Muammer Erdoğdu da “Qəbələ”li oldu
Xəbərlər / 29 İyun 2012 | 19:08309
Muammer Erdoğdu da “Qəbələ”li oldu

“Qəbələ” daha bir futbolçu ilə sıralarını gücləndirib. 2008-ci ildən Azərbaycan Premyer Liqasında top qovan türkiyəli futbolçu Muammer Erdoğdu ilə birillik müqavilə imzalanıb. Müdafiəçi artıq Qəbələdə təlim-məşq toplanışına start verən yeni komandasının sıralarına qatılıb. 

Muammer Erdoğdu peşəkar karyerasına 2007-ci ildə “Qalatasaray”da  start verib. 2008-2009 mövsümündə “Xəzər-Lənkəran”a transfer olunan Muammer, sözügedən mövsümün ikinci yarısını “Turan”da keçirib və daha iki mövsüm (2009-2010, 2010-2011) Tovuz təmsilçisinin şərəfini qoruyub . Arxada qoyduğumuz futbol ilinin ilk yarısını “Kəpəz”də top qovan müdafiəçi qış fasiləsində yenidən “Turan”a dönüb və mövsümü burada yekunlaşdırıb.

Dosye

Muammer Erdoğdu
Amplua: Müdafiəçi
Doğulduğu tarix: 07.07.1987
Doğulduğu yer: Türkiyə
Boyu: 1,85 m