Murad Hüseynov «Acıbadem»də əməliyyat olundu
Xəbərlər / 10 May 2012 | 08:22369
Murad Hüseynov «Acıbadem»də əməliyyat olundu

“Qəbələ”nin hücumçusu Murad Hüseynov İstanbulda tibbi tərəfdaşımız olan “Acıbadem” xəstəxanasında əməliyyat edilib. Ayaq biləyində yaranan problemə görə cərrah bıçağı altına yatan Hüseynovun əməliyyatı uğurla sona çatıb. Artıq ayağa qalxan hücumçunun yaxın bir neçə həftədə bərpa prosesini tamamlayacağı və komandanın növbəti mövsüm hazırlıqlarına qatılacağı gözlənilir.