«Neftçi» ilə 45-ci duel
Xəbərlər / 21 Aprel 2018 | 13:53225
«Neftçi» ilə 45-ci duel

Bu gün Topaz Premyer Liqasında XXIV tura start veriləcək. Sabah meydana çıxacaq “Qəbələ” səfərdə “Neftçi” ilə görüşəcək. Bakıda keçiriləcək matç komandalar arasında son 11 gündə 3-cü oyun olacaq. Azərbaycan kubokunun yarımfinalında üz-üzə gələn rəqiblər aprelin 12-də Qəbələ şəhər stadionunda, 18-də “Bakcell Arena”da qarşılaşıb. Evdə 1:2 hesabı ilə uduzub, səfərdə 3:1 hesablı qələbə qazanmaqla finala yüksələn “qırmızı-qaralar” 4 gün sonra yenidən özü üçün uğurlu olan stadiona çıxacaq. Mövsümdə 6-cı dəfə görüşəcək komandalar tarixdə 45-ci dueldə üz-üzə gələcək. İlk dəfə 2006/07 mövsümündə qarşılaşan rəqiblər indiyədək 44 dəfə münasibətlərini ayırd edib. Əvvəlki oyunlarda 16 qələbəsi olan “Qəbələ” səfər matçına tarazlığı bərpa etməyə çıxacaq. Belə ki, “Neftçi” daha çox – 17 dəfə qalib gəlib. Digər 11 qarşılaşma heç-heçə başa çatıb. “Qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir. 58 qol vuran komandamız 56 top buraxıb. 

Baş tutan 44 oyunda “Qəbələ”nin ən məhsuldar futbolçusu Baqali Dabodur. O, paytaxt təmsilçisi ilə görüşlərdə 6 qol vurub. Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə rəqibi məyus edib. 

5 dəfə ölkə kubokunda qarşılaşan “Qəbələ” və “Neftçi” Premyer Liqada 39 dəfə üz-üzə gəlib. Sabah keçiriləcək görüş çempionatda 40-cı duel olacaq. Əvvəlki 39 matçda bakılılar 16, qəbələlilər 15 dəfə qalib gəlibsə, 8 matçda sülhlə barışıblar. Premyer Liqada “qırmızı-qaralar” 51, “ağ-qaralar” 50  qol vurub.

Ümumilikdə “Qəbələ” səfərdə 9 qələbə qazanıb, 7 dəfə məğlub olub. Digər 5 görüş heç-heçə nəticələnib. Rəqib meydanında 30 top vuran komandamız 27-ni buraxıb.

 

“Qəbələ” – “Neftçi”: Bütün oyunlar

 

2006/07 mövsümü

 

30.09.2006. Premyer Liqa. Neftçi (Bakı) - Gilan (Qəbələ) - 4:1

Zaur Tağızadə, 9, Ramazan Abbasov, 12, Georgi Adamiya, 72, Vadim Borets, 83 // Rəhman Əzizov, 86

 

03.04.2007. Premyer Liqa. Gilan (Qəbələ) - Neftçi (Bakı) - 1:4

Asif Məmmədov, 90+1 // Rəşad Sadıqov, 50 (p.), Branimir Subaşiç, 56, Georgi Adamiya, 65, Nadir Nəbiyev, 90+2

 

2007/08 mövsümü

 

26.08.2007. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0

Aqil Məmmədov, 24, Branimir Subaşiç, 87

 

02.03.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:3

Azər Cabbarov, 57, İrakli Vaşakidze, 75 // Branimir Subaşiç, 28, Dmitri Kruqlov, 47, Georgi Adamiya, 90 (p.)

 

2008/09 mövsümü

 

24.08.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1

Oleq Gerasimyuk, 39

 

01.03.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

2009/10 mövsümü

 

21.10.2009. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Kristian Torres, 80

 

10.12.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:1

Rail Məlikov, 65 // Vurğun Hüseynov, 73

 

03.04.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Rəşad Abdullayev, 63 // Milan Antiç, 35, Tomaş Stolpa, 90+5

 

09.05.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:0

 

2010/11 mövsümü

 

15.08.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:2

Rəşad Abdullayev, 69, Bahodir Nasimov, 76

 

21.11.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

2011/12 mövsümü

 

18.09.2011. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0

Rəşad Abdullayev, 64, Araz Abdullayev, 85

 

20.11.2011. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Aleksandr Çertoqanov, 39

 

11.03.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1

Dodo, 18, 27, Yannik Kamanan, 78, 83 // Bahodır Nasimov, 66 

 

11.05.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1

Amil Yunanov, 87

 

2012/13 mövsümü

 

18.08.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 3:0

Cavid İmamverdiyev, 47, 87, Julius Vobay, 56

 

03.11.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:1

Lourival Assis, 31, Dodo, 89 // Nikolas Kanales, 32

 

21.04.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1

Denis Silva Kruz, 53, Nikolas Kanales, 69 // Lorval Assis , 15

 

14.05.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:1

Yannik Kamanan, 72 // Rəşad Sadiqov, 13 

 

2013/14 mövsümü

 

04.10.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2

Lorenzo Ebesilio, 7 // Mahir Şükürov, 20(p.), Rəşad Sadiqov, 56

 

15.12.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1

Araz Abdullayev, 12(p.), Mahir Şükürov, 90+4 // Leonardo da Silva, 45+1(p.)

 

09.03.2014. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2

Lorenzo Ebesillo, 68 // Bahodır Nasimov, 29, 64.

 

02.05.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Cavid İmamverdiyev, 50 – Dodo, 62, Lorentso Ebesilio, 90

 

22.05.2014. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1, p.2:3

Marat İzmaylov, 70 // Samir Məsimov, 52

 

2014/15 mövsümü

 

21.09.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0

 

29.11.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

15.02.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:3

Viktor Mendi, 10 // Julius Vobay, 58, Denis Silva, 71, Flavinyo, 87 

 

17.04.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:3

Nikolas Kanales, 44 // Aleksey Qay, 25, Cavid Hüseynov, 50, Viktor Mendi, 86

 

2015/16 mövsümü

 

17.10.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1

Aleksey Antonov, 90 

 

13.12.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1

Filyo Jairo Rodriges, 22 

 

05.03.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Salas Quinta Antonio, 26 //  Rafael Santos, 52, Rəşad Eyubov, 90

 

27.04.2016. Azərbaycan kuboku. Neftçi (Bakı) - Qəbələ - 1:1

Rəhman Hacıyev, 71 // Aleksey Qay, 5

 

01.05.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:2

Aleksey Qay, 21(p.),, Rəşad Sadiqov, 51 //  Ruslan Qurbanov, 32, Elşən Abdullayev, 64 

 

04.05.2016. Azərbaycan kuboku. Qəbələ - Neftçi (Bakı) - 1:1

Ermin Zets, 75 // Ruslan Qurbanov, 58

 

2016/17 mövsümü

 

10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8

Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)

 

29.10.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1

Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49 

 

03.02.2017. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Daniel Subotiç, 77

 

14.03.2017. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:0

Namiq Ələsgərov, 40

 

2017/18 mövsümü

 

24.09.2017. Premyer Liqa. Qəbələ – Neftçi (Bakı) – 2:1

Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48

 

19.11.2017. Premyer Liqa. Neftçi – Qəbələ – 2:3

Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80

 

04.03.2018. Premyer Liqa. Qəbələ – Neftçi – 1:2

Elvin Məmmədov, 34 // Mirabdulla Abbasov, 59; İqnasio Herrera, 73

 

12.04.2018. Azərbaycan kuboku. Qəbələ – Neftçi – 1:2

Stiven Monroz, 90+1 // Lukas Qomez, 29; Namiq Ələsgərov, 44 

 

18.04.2018. Azərbaycan kuboku. Neftçi – Qəbələ – 1:3

Soni Mustivar, 9 // Baqali Dabo, 20, 30; Cavid Hüseynov, 60 (p.)