«Neftçi»-«Qəbələ» matçının tarixi dəyişdirildi
Xəbərlər / 14 Avqust 2012 | 10:50224
«Neftçi»-«Qəbələ» matçının tarixi dəyişdirildi

Premyer Liqanın 3-cü turu çərçivəsində avqustun 19-da keçirilməsi planlaşdırılan "Neftçi"-"Qəbələ" matçının tarixində dəyişiklik edilib. Qarşılaşma şənbə günü - avqustun 18-i saat 18:00-da baş tutacaq. Sözügedən dəyişikliyə səbəb "Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsi matçlarına daha yaxşı hazırlaşması ilə bağlı PFL-ə rəsmi mürəciət ünvanlaması olub.