«Neftçi» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 17 Aprel 2018 | 18:18691
«Neftçi» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Aprelin 18-də baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olub. Səfərdə “Neftçi” ilə qarşılaşacaq “Qəbələ”nin matçını Rauf Cabbarov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasov və Knyaz Əmiraslanov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ömər Paşayev yerinə yetirəcək. “Bakcell Arena” stadionundakı oyuna hakim-inspektor kimi Əli  Hüseynov, AFFA nümayəndəsi kimi isə Namiq  Məstanov təyinat alıb.

Xatırladaq ki, “Neftçi” - “Qəbələ” oyunu saat 20:00-da başlayacaq.

 

Azərbaycan kuboku

1/2 final, cavab oyunlar

18 aprel

20:00. “Neftçi” - “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev 

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Əli Hüseynov

“Bakcell Arena”

İlk oyun – 2:1