«Neftçi» Qəbələdə «dondu» – Yannik-Dodo duetinin benefisi
Oyun icmalı / 11 Mart 2012 | 16:05397
«Neftçi» Qəbələdə «dondu» – Yannik-Dodo duetinin benefisi

“Qəbələ” – “Neftçi” 4:1

11 mart 2012. Saat 14:00. Qəbələ şəhər, Böyük Əmili qəsəbə stadionu. 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Munis Abdullayev
Dördüncu hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor:Gülağa Cabarov
Sarı vərəqələr: Luiz Paulo Hilario, 45+2  // Slavço Georgiyevski, 48
Qollar: Luiz Paulo Hilario, 18; 27; Yannik Kamanan, 78; 83 // Bahodır Nasimov, 66 
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

Unibank  Premyer Liqasının 23-cü turunda final mərhələsinin ilk həftəsində “Qəbələ” doğma meydançada “Neftçi”ni qəbul etdi. Qeyri-sabit və qarlı hava şəraitinə görə matç Qəbələ şəhər stadionunda deyil, klubun Böyük  Əmili kəndində yerləşən məşq bazasında baş tutdu. Prinsipiallığı ilə fərqlənən matçda “Qəbələ” qələbə qazanaraq medallara iddiasını saxlamaq, “Neftçi”isə isə xallarına 3 xal da əlavə etməklə turnir cədvəlinin zirvəsində möhkəmlənmək istəyirdi. 
Matçın ilk 10 dəqiqəsi tərəflərin kəşfiyyat xarakterli hücumları ilə keçdi. Dəqiqələr ötdükcə üstünlüyü ələ alan “Qəbələ” rəqibin müdafiəsini narahat etməyə başladı. Meydan sahiblərinin ön xəttdəki  aktivliyi çox keçmədi ki, öz bəhrəsini verdi. 17-ci dəqiqədə Kamananın zərbəsini topu meydançadan çıxarmaqla zərərsizləşdirən Rauf  Mehdiyev hücumun davamında – künc zərbəsindən sonra bu dəfə Lyubo Baraninin baş zərbəsinə keçid vermədi. O, gözəl tullanışla “meşin yuvarlağı”  kornerə çıxardı. Növbəti künc zərbəsindən sonra isə kiper də komandasına kömək edə bilmədi. Dodo dəqiq baş zərbəsi ilə hesabı açdı – 1:0. “Neftçi” qolun şokundan ayılmamış daha bir dəfə cəzalandırıldı. İlk qoldakı kimi künc zərbəsindən sonra Dodo dublunu rəsmiləşdirdi –2:0. İlk hissənin qalan dəqiqələrində hər iki tərəf təhlükəli epizodlar yaratsalar da, hesab dəyişmədi. Xüsusən 32-ci dəqiqədə Daniel Kruzun əlverişli mövqedən zərbəsinin alınmaması yaddaqalan oldu.
İkinci hissəyə “Neftçi” daha aktiv başladı. Hesabda irəlidə olan “Qəbələ” isə əsasən əks-hücumlar hesabına uğur qazanmağa çalışırdı. Ard-arda hücumlar təşkil edən “Neftçi” 66-cı dəqiqədə hesab arasındakı fərqi azalmağa müəssər oldu. Rəşad Abdullayevdən ideal ötürmə alan Bahodır Nəsimov akrobatik tullanışla baxımlı qola imza atdı – 2:1. Bu qol sanki müdafiəyə diqqət ayıran meydan sahiblərini “ayıltdı”. Tezliklə oyunu bərabərləşdirən “Qəbələ” 78-ci dəqiqədə hesab arasındakı fərqi yenidən iki topa çatdırdı. Rəqibin müdafiə xəttini daim təzyiq altında saxlayan Yannik Kamanan “Neftçi”ni 3-cü dəfə meydanın mərkəzinə dəvət etdi və meydançaya çıxdığı son 3 qarşılaşmada 5-ci qolu aktivinə  yazdı – 3:1. Bu da matçdakı son qol olmadı. 83-cü dəqiqədə Yannik komanda şəklində hücuma atılan “Neftçi”ni bir daha cəzalandırdı. Qolun reallaşmasında Kamananı qapıçı ilə üz-üzə qoyan Viktor Mendinin də payı az olmadı.
Beləliklə, “Qəbələ” Fatih Kavlakın baş məşqçi təyin olunmasından sonra çıxdığı ikinci “Neftçi” duelindən də qələbə ilə ayrıldı və final mərhələsinə uğurlu start verdi.

“Qəbələ”

12. Pavels Doroşevs
4. Mahir Şükürov (k)
6. Lyuba Baranin
8. Bruno da Silva
9. Viktor Mendi
11. Yannik Kamanan
(21. Elmar Baxşıyev, dəq.85)
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
26. Daniel Lopez Kruz
(15. Nodar Məmmədov, dəq.62)
34. Ürfan Abbasov
77. Luiz Paulo Hillario
(16. Abdulkader Kamara, dəq.90+1)

Ehtiyat oyunçular:

30. Qrem Smit
17. Arif İsayev
22. Murad Hüseynov
33. Saşa Yunisoğlu

Baş məşqçi: Fatih Kavlak

“Neftçi”

1. Rauf Mehdiyev
2. Rail Məlikov (k)
5. İqor Mitreski
6. Slavço Georgiyevski
(19. Mirhüseyn Seyidov, dəq.60)
9. Flavio Aleks Valensio
14. Bahodir Nasimov
15. Ruslan Abışov
18. Ruslan Əmircanov
25. Cavid İmamverdiyev
27. Rəşad Abdullayev
32. Elvin Yunuszadə
(11. Cavid Hüseynov, dəq.76)

Ehtiyat oyunçular:
30. Saşa Stamenkoviç
3. Denis Silva
16. Alessandro Viana da Silva
22. Fərid Quliyev
28. Emin Mehdiyev

Baş məşqçi: Böyükağa Hacıyev