«Neftçi» Qəbələdən yenə əliboş qayıtdı
Xəbərlər / 17 Mart 2012 | 21:42417
«Neftçi» Qəbələdən yenə əliboş qayıtdı

Əvəzedicilər çempionatının 24-cü turunda "Qəbələ" doğma meydançada "Neftçi"ni qəbul edib. Matçı yüksək səviyyədə keçirən Daril Villardın yetirmələri matçın əsas vaxtında fərqlənə bilməsələr də, əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Rəşid Əmiraslanov "Qəbələ"yə çox vacib 3 xal qazandırıb - 1:0. Beləliklə, paytaxt təmsilçisinin əsas komandası kimi, əvəzedicilərdən ibarət komandası da Qəbələni əliboş tərk edib. Bu nəticədən sonra komandamız turnir cədvəlinə rəhbərlik edən "Neftçi" ilə xal fərqini 2-yə endirib.