Nəriman Abbasov Moskvadan qələbə ilə dönür
Xəbərlər / 30 İyul 2017 | 00:38616
Nəriman Abbasov Moskvadan qələbə ilə dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib. İdmançımız Rusiyanın paytaxtı Moskvada təşkil olunan MMA üzrə “Fight Night Global 71” turnirində qüvvəsini sınayıb. Yüngül çəki dərəcəsində (70,3 kq) çıxış edən Abbasov Rusiya təmsilçisi Dmitri Qorobetslə qarşılaşıb. Üç raund davam edən döyüş Nərimanın üstünlüyü şəraitində keçib və idmançımız hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu, Nəriman Abbasovun 20-ci döyüşdə 17-ci qələbəsi olub.