Niyazi Əliyev Türkiyədən gümüş medalla dönür
Karate / 27 Mart 2016 | 18:141121
Niyazi Əliyev Türkiyədən gümüş medalla dönür

Türkiyənin İstanbul şəhərində karate üzrə ənənəvi Boğaziçi açıq beynəlxalq karate turniri keçirilib. Aslı Çakır Alptekin Atletizm Salonunda baş tutan yarışda mayın əvvəlində Fransada keçiriləcək Avropa çempionatına hazırlaşan Azərbaycan millisi də çıxış edib. 29-cu dəfə keçirilən nüfuzlu yarışda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər qüvvəsini sınayıb. 25 ölkədən 690 karateçi 109-u fərdi, 26-sı isə komanda yarışlarında olmaqla 135 medal uğrunda mübarizə aparıb. “Qəbələ” İdman Klubunun karateçisi Niyazi Əliyev də qonşu ölkədə keçirilən turnirdə uğurla çıxış edib. 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışı 2-ci pillədə başa vurub. Finaladək irəliləyib, yalnız həlledici qarşılaşmada uduzan Əliyev gümüş medala sahib olub.