Niyazi Əliyevdən qızıl medal
Karate / 19 May 2014 | 14:33726
Niyazi Əliyevdən qızıl medal

"Qəbələ" İdman Klubunun karate bölməsinin və Azərbaycan milli komandasının üzvü Niyazi Əliyev (67 kq) Rusiyanın Novosibirsk şəhərində keçirilən "Uspex" İdman Klubunun açıq birinciliyində qızıl medal qazanıb. Bütün rəqiblərini mübarizədən kənarlaşdıran döyüşçümüz finalda da rəqibinə şans verməyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladak ki, Azərbaycan turnirdə 3 karateçi ilə təmsil olunub. "Qəbələ" idmançısı Rafiz Həsənov da yığmanın heyətində yer alıb. Digər "Qəbələ" karateçisi Rafael Ağayev zədə səbəbindən Rusiyaya məşqçi kimi yollanıb.