Növbə “Bakı”nındır
Xəbərlər / 23 Noyabr 2011 | 20:00930
Növbə “Bakı”nındır

“Qəbələ” həftəsonu keçiriləcək Premyer Liqanın XIV turunda “Bakı”  klubu ilə görüşəcək. Noyabrın 26-dakı görüş arxada qalan turun “Neftçi” ilə oyununda olduğu kimi sindromu qırmaq üçün növbəti şansdır. Belə ki, paytaxtın bir təmsilçisi ilə oyunlardakı qələbə və qol həsrətinə son qoyduqdan sonra növbə “Bakı” ilə duellərdə dönüş yaratmağındır.

Paytaxtın eyni adlı təmsilçisi “Qəbələ”nin ən çox qarşılaşdığı komandalardandır. Belə ki, rəqiblər artıq 19 dəfə üz-üzə gəliblər. Yubiley – 20-ci görüş ərəfəsində 13 çempionat və 6 kubok oyunu arxada qalıb. 

Bu matçlarda “Qəbələ” 2 qələbə qazanıb ki, bunların da sonuncusu 2010-cu ilin mayın 1-ə təsadüf edib. Bundan sonrakı 5 oyunda 2 heç-heçə və 3 məğlubiyyət alan komandamız son qolunu ötən il avqustun 8-də vurub. Ümumilikdə isə 12 dəfə qalib gələn “Bakı”ya qarşı 2 qələbə və 5 heç-heçə əldə edən ”Qəbələ” top fərqində də geridədir – 7:23.

Kubokdakı  3 dueldən 1-də mərhələ adlayan “Qəbələ” 6 oyunda 3 dəfə məğlub olub və 3 heç-heçə edib. Top fərqi isə paytaxt təmsilçilərinin üstünlüyü hiss olunur – 6:2. çempionatda isə 13 matçda bakılılar 9, Qəbələ təmsilçisi 2 dəfə sevinib və 2 sülhlə kifayətləniblər. Burdakı top fərqi də “Bakı”nın xeyrinədir – 17:5.


2006/07 29.10.2006 Premyer Liqa Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 21.11.2006 Azərbaycan kuboku, 1/8 final Gilan (Qəbələ) - Bakı 0:2
2006/07 02.12.2006 Azərbaycan kuboku, 1/8 final Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 18.04.2007 Premyer Liqa Gilan (Qəbələ) - Bakı 0:1
2007/08 19.08.2007 Premyer Liqa Qəbələ - Bakı 2:0
2007/08 24.02.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2007/08 06.03.2008 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:1
2007/08 20.03.2008 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 1:1, p.4:3
2008/09 09.11.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2008/09 25.04.2009 Premyer Liqa Qəbələ - Bakı 0:1
2009/10 31.10.2009 Premyer Liqa Qəbələ - Bakı 0:2
2009/10 13.02.2010 Premyer Liqa Bakı - Qəbələ 2:0
2009/10 28.03.2010 Premyer Liqa Bakı - Qəbələ 1:1
2009/10 01.05.2010 Premyer Liqa Qəbələ - Bakı 1:0
2010/11 22.08.2010 Premyer Liqa Bakı - Qəbələ 2:1
2010/11 23.12.2010 Premyer Liqa Qəbələ - Bakı 0:1
2010/11 03.03.2011 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 0:0
2010/11 08.03.2011 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:0
2011/12 07.08.2011 Premyer Liqa Qəbələ - Bakı 0:0