Ölkə birinciliyində 7 medal
Cüdo / 12 İyun 2014 | 13:27910
Ölkə birinciliyində 7 medal

"Qəbələ" cüdoçuları 23 yaşa qədər gənclərin ölkə birinciliyində yaddaqalan uğura imza atıblar. Turnirə 17 cüdoçu ilə qatılan komandamız yekunda 7 medal qazanıb. Oğlanların yarışında Vasif Şərbətli (90 kq) və Rüfət İsmayılov (81 kq) qızıl medala yiyələnib. Arif Şahlarov (60 kq) və Çingiz Əhmədov (66 kq) turniri üçüncülüklə tamamlayıb. Qızların yarışında Şəfəq Məmmədova (48 kq) fəxri kürsünün ən yüksək pilləsin qalxıb. Afət Məmmədova (57 kq) və Lalə Gülbalayeva (63 kq) gümüş medala sahib olub.