“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. “Qırmızı-qaralar” iordaniyalı Omar Hani ilə anlaşıb. 22 yaşlı cinah yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına vətənində başlayan Omarın ilk klubu "Əl-Faysali" olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019-21-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020-21-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda da çıxış edib.
İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.