«Önəmli olan bu uğurun davamını gətirməkdir»
Xəbərlər / 16 Aprel 2012 | 13:31520
«Önəmli olan bu uğurun davamını gətirməkdir»

Unibank Premyer Liqasınin 28-ci turu çərçivəsində keçirilən "Qəbələ"- "Qarabağ" (1:0) matçından sonra təşkil olunan mətbuat konfransında baş məşqçilər fikirlərini bölüşüblər.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “”Qəbələ” klubunu qələbə münasibəti ilə təbrik ediirəm. Oyunda çox qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. Ümumilikdə, yaxşı futbol atmosferi var idi. “Qəbələ” ilə oyun göstərə bilirik, amma qol imkanlarından yararlana bilmirik. Qarşıda həm kubokda, həm də çempionatda çətin oyunlarımız var.

Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Altılıq oyunlarına yaxşı başlamışdıq. Lakin son iki oyunda məğlub olduq. Son 5 oyuna da yaxşı başlayırıq, əsası bu uğurun davamını gətirməkdir, bunun üçün potensialımz da var.  Futbolda elə olur ki, bəzən qol imkanları yarada bilirsən, amma qol vura bilmirsən. Qurban Qurbanovu gözəl oyuna görə təbrik edirəm. “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Avrokuboklarda iştirak edəcəyimizə inanıram”.