«Onlara çox inanırıq»
Xəbərlər / 18 Sentyabr 2017 | 00:13253
«Onlara çox inanırıq»

Topaz Premyer Liqasının V turunun “Səbail” – “Qəbələ” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Qələbə qazanmağımızdan çox razı qaldıq. Futbolçular çalışdılar. Sayılmayan qol epizodunu görmədim və bu üzdən narazılıq edə bilməzdim. Amma Endi Hallideylə bağlı vəziyyətdə əmin idim ki, oyundankənar vəziyyət yoxdur. Lakin yan xətt hakimi bayrağı qaldırdı. Cavid Hüseynovun əvəzlənməsinə gəlincə, futbolçu zədələnə biləcəyindən ehtiyatlandı. Bu üzdən də onu əvəz etdik. Həmişə gördüyümü deyirəm. Hakimlər də səhv edə bilər. Amma bu tendensiyaya çevrilirsə, komanda psixoloji cəhətdən güclü olmalıdır ki, heç nədən asılı olmayaraq oynasın. Oyunun ilk dəqiqəsindən soyuqqanlı idim. Hər şey nəzarətimdə idi. Futbolçulara irad bildirirəmsə, bu mənim işimdir. Deməzdim ki, biz limitə düşən gənc oyunçu tapmamışıq. Komandamızda bizimlə məşq edən 5-6 gənc futbolçu var. Onlardan hansının oynaması vacib deyil. Əsas onları hazırlamaqdır ki, bu səviyyədə oynamaq gücündə olsunlar. İndi onlar arasında buna ən yaxını Qismət Alıyevdir. Bu oyunçuların hamısı diqqətimizdədir. Onlara çox inanırıq”.