Orxan Tağızadə Rusiyada qızıl medal qazandı
Taekvondo / 12 İyul 2016 | 20:28612
Orxan Tağızadə Rusiyada qızıl medal qazandı

“Qəbələ” İdman Klubunun taekvondoçusu Orxan Tağızadə növbəti uğurunu qazanıb. İdmançımız Rusiyanın Yakutsk şəhərində keçirilən VI “Asiya Uşaqları” Beynəlxalq İdman Oyunlarının qalibi olub. Yarışa qatılan gənclərdən ibarət Azərbaycan milli komandasının heyətində Rusiyaya yollanan idmançımız +73 kq çəki dərəcəsində hamıdan güclü olub. Yunanıstan, Rusiya, Qazaxıstandan olan rəqiblərinə qalib gələn taekvondoçumuz finala vəsiqə qazanıb. Həlledici görüşdə daha bir rusiyalını məğlub edən Tağızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.