Orxan Tağızadə Türkiyədən bürünc medalla dönür
Taekvondo / 16 Fevral 2016 | 17:36632
Orxan Tağızadə Türkiyədən bürünc medalla dönür

Azərbaycan millisi Türkiyədə keçirilən sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirində çıxış edir. Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən Antalyada təşkil edilən yarışa gənclərdən ibarət yığma komandamız qatılıb. Millimizin heyətində “Qəbələ” İdman Klubunun taekvondoçusu Orxan Tağızadə də tatamı üzərinə çıxıb. O, +78 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Tağızadə yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.