«Panatinaikos»-«Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 İyul 2017 | 16:04520
«Panatinaikos»-«Qəbələ» oyununun hakimləri müəyyənləşdi

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb. “Qəbələ”nin “Panatinaikos”la Yunanıstanda keçiriləcək ilk görüşünün hakimləri, həmçinin hakim-inspektor və UEFA nümayəndəsi müəyyənləşib. İyulun 27-də baş tutacaq qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Afinadakı görüşün baş hakimi Xuan Martines Munuera olacaq.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
27 iyul
22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. “Apostolos Nikolaidis” stadionu