Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
Xəbərlər / 19 Yanvar 2018 | 17:53655
Pərviz Abdullayev Mersindən qələbə ilə dönür

“Qəbələ” İdman Klubunun döyüşçüsü Pərviz Abdullayev növbəti qələbəsini qazanıb. İdmançımız bu dəfə Türkiyədə uğur əldə edib. O, Mersin şəhərində təşkil olunan muay-tay yarışında qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində çıxış edən Abdullayev Türkiyə təmsilçisi İsmayıl Uzuner ilə qarşılaşıb. Pərviz bu döyüşdə qalib gələrək, rinqi qələbə ilə tərk edib.