Pərviz Abdullayev Rusiyadan qızıl medalla dönür
Xəbərlər / 20 Fevral 2017 | 22:03461
Pərviz Abdullayev Rusiyadan qızıl medalla dönür

Azərbaycanı və “Qəbələ” İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən Pərviz Abdullayev növbəti nailiyyətini əldə edib. İdmançımız bu dəfə uşu yarışlarında fərqlənib. O, Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Mocsow wushu stars 2017” turnirində qüvvəsini sınayıb. Beynəlxalq yarışda 4 döyüş keçirən Abdullayev bütün rəqiblərinə qalib gəlib. 75 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bu qələbələr sayəsində Moskvadakı yarışın çempionu adını qazanıb.