Pərviz Abdullayevin Los Anceles sınağı
Xəbərlər / 10 Noyabr 2017 | 17:33402
Pərviz Abdullayevin Los Anceles sınağı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək. Peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayacaq. Əməkdar idman ustası ABŞ-ın Los Anceles şəhərində baş tutacaq yarışın əsas döyüşlərindən birində qələbə uğrunda mübarizə aparacaq. 77 kq çəki dərəcəsində çıxış edəcək Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşəcək. ACB KB-12-yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.