Prezident İlham Əliyev idmançılarımızı təltif etdi
Xəbərlər / 23 Dekabr 2016 | 23:42109
Prezident İlham Əliyev idmançılarımızı təltif etdi

Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Tədbirdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edib. 
Dövlət başçısı mərasimdə çıxış edib. Sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. 
Təltif edilənlər arasında “Qəbələ” İdman Klubunun üzvü Bəxtiyar Abbasov da olub. O, Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif edilib.
Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib. Görüşdə iştirak edənlər arasında Abbasovla yanaşı, “Qəbələ”nin daha üç üzvü - taekvondoçu Milad Beigi Harçeqani, boksçu Kamran Şahsuvarlı və məşqçi Anar Məmmədov da olub.